58386d79b77a5d050b1843a3eecbce99 2

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı Azərbaycanın qədim şəhərlərinin və tarixi memarlıq abidələrinin ölkənin mədəni irsinin mühüm hissəsi olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, dövlət başçısının bildirdiyinə görə, təkcə Bakı deyil, Azərbaycanın bir çox qədim şəhərləri də öz zəngin memarlıq ənənələri ilə seçilir. Prezident çıxışında müxtəlif dövrlərə aid tarixi abidələri nümunə göstərərək onların qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb.

Prezident Qəbələ və Şəki şəhərlərində yerləşən qədim abidələrdən, eləcə də Şəki yaxınlığındakı Kiş kilsəsi haqqında danışıb. Bildirib ki, bu kilsə dünyanın ən qədim kilsələrindən biri hesab oluna bilər.

İlham Əliyev qədim mühəndislik nümunəsi kimi Lahıc kəndini də xüsusi qeyd edib:

“Əcdadlarımızın istedadını nümayiş etdirən digər bir misal Lahıc kəndidir. On beş əsr bundan əvvəl kənd yaradılanda insanlar bu gün də işləyən kanalizasiya sistemini və su xəttini çəkmişlər”.

2 51

Paylaş: