Pentaqon İrana qarşı zərbələr planları hazırlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Bildirilib ki, ABŞ Prezidenti Donald Tramp həftəsonu Vaşinqtonun İrana qarşı mümkün növbəti addımlarını müzakirə etmək üçün milli təhlükəsizlik komandası ilə görüş keçirib:
“Görüşdə həmçinin vitse-prezident Ceyms Di Vens, dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff və Trampın xüsusi elçisi Stiv Uitkoff da iştirak edib”.
Qeyd olunur ki, Ağ Ev rəhbəri həftə ərzində milli təhlükəsizlik qrupunun nümayəndələri ilə yenidən görüşəcək.
“CNN”in məlumatına görə, hədəflər siyahısına İranın enerji obyektləri və infrastrukturu daxildir.
Əliyar Xəlil
Globalinfo.az