Fransanın Luvr muzeyindəki məşhur oğurluqla bağlı yeni detallar ortaya çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Fransa parlament komissiyası hesabat yayıb.
“Luvr muzeyinin təhlükəsizlik istiqamətində boşluqları ilə bağlı məlumat verilsə də, Fransa Mədəniyyət Nazirliyi bunu heç vaxt yoxlamayıb”, – deyə bildirilib.
Sənəd mədəni irsin qorunması və muzey təhlükəsizliyi sahəsindəki pozuntuları araşdıran parlament komissiyası tərəfindən hazırlanıb.
Hesabat üzərində iş 2025-ci ilin payızında dünyanın ən böyük muzeyində yaşanan səs-küylü oğurluq hadisəsindən sonra başlayıb.
Qeyd edək ki, həmin zaman oğrular muzeydən doqquz zərgərlik əşyası ələ keçiriblər. Oğurlanan əşyalar arasında Fransa kraliçalarına və imperatriçalarına məxsus tiaralar, sırğalar, boyunbağılar və broşlar da var idi.
Soyğunçuluqdan dəyən ziyan 88 milyon avro olaraq qiymətləndirilib. İşlə bağlı bir neçə nəfər həbs edilib, beş nəfərə qarşı ittiham irəli sürülüb. Oğurlanmış zinət əşyaları hələ də tapılmayıb və istintaq davam edir.
Əliyar Xəlil
Globalinfo.az