“Vaşinqtonun Rusiyaya qarşı iqtisadi təzyiq siyasəti artıq əvvəlki administrasiyanın davamı deyil, birbaşa hazırkı ABŞ Prezidenti Donald Trampın komandasının xətti kimi formalaşıb”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrov bildirib ki, Qərb dünyası getdikcə güc siyasətinin üstün olduğu və beynəlxalq hüququn arxa plana keçdiyi bir dövrə qayıdır:
“Donald Trampın rəhbərlik etdiyi administrasiya Ukrayna üzərindən qaz tranzitinə nəzarət mexanizmlərini ələ keçirmək niyyətindədir, həmçinin Avropadakı tərəfdaşlardan “Şimal axını” infrastrukturunda pay almaq və onun bərpasını gündəmə gətirmək istəyə bilər. ABŞ Venesuela ilə əvvəllər “Rosneft” arasında mövcud olmuş enerji əməkdaşlığına təsir göstərərək neft sektorunda nəzarəti gücləndirməyə çalışır”.
Rusiya XİN başçısı Yaxın Şərqdə mümkün gərginliklərin qlobal enerji bazarına ciddi zərbə vuracağını, xüsusilə Hörmüz və Bab-əl-Məndəb kimi strateji keçidlərdə konflikt yaranarsa, bunun nəticələrinin uzunmüddətli olacağını vurğulayıb.
Safura Bənnayeva
Globalinfo.az