yermakl 900x600 2

Ukrayna Prezident Ofisinin sabiq rəhbəri Andrey Yermak məhkəmə iclasına gəlib. Onun vəkilinin sözlərinə görə, “Yermak işi” 250 səhifədən ibarətdir və 16 cild təşkil edir.

Globalinfo.az xəbər verir ki, Ukrayna mediasının yazdığına görə, müdafiə tərəfi iş materialları ilə daha ətraflı tanış olmaq üçün məhkəmə iclasının təxirə salınması barədə vəsatət qaldırıb.

Yermak barəsində hər hansı qətimkan tədbiri seçilməyəcək. İclasda yalnız prokurorun çıxışı və iş materiallarının bir hissəsi dinləniləcək.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: