Rusiya prezidenti Vladimir Putinə Slovakiyanın baş naziri Robert Fitso vasitəsilə Zelenski tərəfindən göndərilən heç bir məktub və ya mesaj çatdırılmayıb.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib.
“Zelenski Fitso vasitəsilə heç bir mesaj göndərməyib. Heç bir məktub olmayıb”, — deyə Uşakov vurğulayıb.
Bundan əvvəl Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Slovakiyanın baş nazirinin Zelenskidən Putinə məktub çatdırmaq niyyətində olduğunu açıqlayıb. Onun sözlərinə görə, Fitso bunu canlı yayımlardan birində anons edib.
Əliyar Xəlil