1 32

Moskvada bankda partlayış olub.

Globalinfo.az Rusiya mediasına istinadən xəbər verir ki, Moskvanın şimal-şərqində “Rosselxozbank”ın filialında partlayış baş verib.

Məlumata görə, naməlum şəxs Menjinski küçəsindəki bank filialına girib, bankomatı yandırıb və partlayışdan bir müddət əvvəl binadan çıxıb.

İlkin məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə özü də partlayış zamanı yaralanıb.

 

Paylaş: