pasinyan 2 1 900x505 2

“Bu il 9 mayı Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülh şəraitində qeyd edirik”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Artıq iki ildir ki, bu hadisə nəticəsində nə qurban, nə də xəsarət alan olub. Sərhəd yaşayış məntəqələrimiz atışmadan azad bir mühitdə yaşayır. Bu, ölkəmizin müstəqillik qazanmasından bəri ilk dəfə əldə etdiyimiz çox vacib bir nailiyyətdir”, – deyə o bildirib.

Paşinyan qeyd edib ki, rəsmi İrəvanın əsas vəzifəsi əldə edilən sülhə lazımi qayğı göstərmək, onu hər gün daha güclü və etibarlı etməkdir:

“Yaradılmış sülh ölkəmizin onu görünməmiş təhlükəsizlik, rifah və inkişaf səviyyəsinə çatdırması üçün tarixi bir fürsətdir”.

Qeyd edək ki, Ermənistan 1991-ci il 21 sentyabrda SSRİ-dən ayrılmaq üçün referendum keçirib və həmin tarix müstəqillik günü hesab olunur.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: