Dmitri Şerbinin Rusiya müdafiə nazirinin müavini təyin edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin saytında məlumat yer alıb.
Qeyd olunur ki, Şerbinin bu vəzifəyə Rusiya Prezidenti Vladimir Putinin 1 aprel 2026-cı il tarixli fərmanı ilə təyin edilib. Onun vəzifələrinə agentliyin İnformasiya Sistemləri Departamenti də daxil olacaq.
Şerbinin 2024-cü ildən 2025-ci ilə qədər müdafiə naziri Andrey Belousovun müşaviri, 2025-ci ildən 2026-cı ilə qədər isə Müdafiə Nazirliyinin Rəqəmsal və Texnoloji İnkişaf Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.
Tahir Turan
Globalinfo.az