“Amerika əsgərlərinin Almaniyadan çıxarılması bizim üçün sürpriz olmayıb”.
Globalinfo.az xəbər verir ki, bunu Almaniya Silahlı Qüvvələrinin komandan müavini general-leytenant Nikol Şillinq deyib.
O, həmçinin ABŞ-ın Almaniya üçün etibarlı tərəfdaş olmaqdan çıxdığı fikrini rədd edib:
“Almaniya-ABŞ əməkdaşlığı qaydasındadır”.
Qeyd edək ki, 29 apreldə ABŞ Prezidenti Donald Tramp Almaniyadakı Amerika kontingentinin azaldılmasını təklif edib.
Daha sonra ABŞ-ın bir il ərzində Almaniyadan təxminən 5000 əsgərini çıxaracağı açıqlanıb.
2025-ci ilin dekabr ayına olan məlumata görə, Almaniyadakı ABŞ hərbi bazalarında 36.000-dən çox ABŞ əsgəri və təxminən 1500 ehtiyatda olan əsgər var idi.
Amerika mediası geri çəkilmənin altı aydan bir ilə qədər davam edəcəyini yazıb.
Bu fonda Almaniyanın müdafiə naziri Boris Pistorius Avropanın öz təhlükəsizliyi üçün daha böyük məsuliyyət daşımalı olduğunu vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az