Nikol Paşinyan parlament seçkiləri öncəsi məzuniyyətə çıxmağa hazırlaşır.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, iyunun 7-də keçiriləcək parlament seçkiləri öncəsi rəsmi təşviqat kampaniyasının başlanmasına az qalmış Paşinyan və hakim “Vətəndaş Müqaviləsi” Partiyasının hökumətdə təmsil olunan bir sıra tanınmış üzvləri məzuniyyət götürəcək.
Nəşr yazır ki, bu addım seçki kampaniyasına və təşviqat strategiyasına tam fokuslanmaq məqsədilə atılır. Bildirilir ki, hakim partiyanın nümayəndələri qarşıdakı seçkilərdə fəal iştirak etmək üçün bütün diqqəti siyasi proseslərə yönəltməyi planlaşdırır.
Əliyar Xəlil