PSJ UEFA Çempionlar Liqasının finalına yüksəlib.
Globalinfo.az xəbər verir ki, parislilər buna yarımfinal mərhələsinin cavab oyununda səfərdə “Bavariya” ilə 1:1 hesablı heç-heçə ilə nail olublar.
Matçda hesabı 3-cü dəqiqədə PSJ-nin hücumçusu Usman Dembele açıb.
Almaniya təmsilçisinin yeganə qolunu 90+4-cü dəqiqədə Harri Keyn vurub.
İlk oyunda da qalib gələn Paris klubu iki matçın nəticəsinə əsasən ümumi hesabda 6:5 üstün olub və finalda “Arsenal”ın rəqibi olub.