“2025-ci ilin dekabr ayında “Real Madrid” klubu Zinəddin Zidana baş məşqçi vəzifəsinə qayıtmaq təklifi ilə müraciət etsə də, o, bundan imtina edib”.
Globalinfo.az xəbər verir ki, bu barədə İspaniyanın “AS” qəzeti məlumat yayıb.
“Klub artıq Xabi Alonso ilə yollarını ayırmaq qərarına gəlmişdi, lakin onun yerinə başqa birini tapa bilmədi və yenidən Zidanı geri qaytarmağa çalışdı. 2025-ci ilin dekabr ayına qədər Z.Zidan artıq Fransa Futbol Federasiyası (FFF) ilə 2026-cı il Dünya Kubokundan sonra milli komandanın meneceri vəzifəsini icra etmək üçün şifahi razılığa gəlmişdi.
“Real Madrid”ə olan sevgisinə və klubun layihəsindəki marağına baxmayaraq, Zidan federasiya ilə müqaviləsini qorumağı, Fransa komandasına verdiyi vədləri pozmamağı seçdi. Nəticədə, “Los Blancos” Xabi Alonsonu 2026-cı ilin yanvar ayına qədər saxladı, bundan sonra onu Alvaro Arbeloa ilə əvəz etdi”, – deyə yazılıb.
Qeyd edək ki, Z.Zidan 2016-cı ildən 2018-ci ilə və 2019-cu ildən 2021-ci ilə qədər “Real Madrid”də çalışıb.
Onun rəhbərliyi altında komanda üç dəfə Çempionlar Liqasını, iki dəfə İspaniya çempionluğunu, İspaniya Super Kubokunu, UEFA Super Kubokunu və Klublararası Dünya Kubokunu qazanıb.
Əliyar Xəlil
Globalinfo.az