
“İsrail pilotsuz uçuş aparatlarının yaratdığı təhlükəyə qarşı xüsusi müdafiə layihəsi həyata keçirir”.
Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
Bildirilib ki, sözügedən layihə son dövrlərdə “Hizbullah”ın İsrailə artan dron hücumları fonunda başladılıb.
Netanyahu qeyd edib ki, layihə üzərində iş aparılır və yaxın zamanda ilkin nəticələr təqdim ediləcək.
Eyni zamanda İsrailin pilotsuz uçuş aparatlarına qarşı yeni nəsil sistemlər və “oyun qaydalarlnı dəyişdirəcək” texnologiyalar üzərində iş gedir.
Safura Bənnayeva
Globalinfo.az