Aktyor Əlibəy Məmmədli ailə münasibətləri və atasının vəfatından sonra yaşadığı çətinliklərdən danışıb.
Globalinfo.az showmedia.az-a istinadən xəbər verir ki, aktyor “Sən olsaydın”verilişinə qonaq olarkən yaxın qohumlarla yaşanan incikliklərə toxunub:
O bildirib ki, atası vəfat etmədən öncə qohumları tərəfindən haqsızlığa uğrayıb:
“Bir il bundan qabaq atamı itirdim. İndi əmim mənimlə küsülüdür, müəyyən yaxın doğmalar da var ki, mənimlə danışmır. Axı doğmalarında arasında qəribə, bitməyən bir savaş var. Mən nə sənət dostlarıma bu ayrılıq barədə danışdım, nə də ailə üzvlərimlə gedib ehsan süfrəsində bir yerdə oturub, bir tikə yedim.
Bu da mənim ailəm tərəfindən yanlış başa düşüldü, yanlış qarşılandı. Mən psixologiya olaraq onu qəbul etmirəm ki, bir insan yaşayanda bir nəsil hər şeyə görə onu günahlandırsın, amma o öləndən sonra ondan gözəl insan olmasın. Bunu da anlamıram”.