3d0aa285 8fca 442e 8dfd 22ca14774fed

Mayın 2-də Lənkəran şəhərinin sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı baş tutub.

Globalinfo.az xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, rəsmi şəxslərin və şəhər ictimaiyyətinin iştirakı ilə tədbir keçirilib.

İctimai proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.

Həmçinin, WUF13 və şəhərsalma mövzularında, eləcə də Lənkəranın memarlıq abidələri barədə suallar təqdim olunaraq iştirakçılar arasında müsabiqələr təşkil edilib. Düzgün cavab verənlərə hədiyyələr təqdim edilib.

9000-dən çox iştirakçının qatıldığı proqram böyük maraqla qarşılanıb.

03fcd4f9 3f8b 4c95 9b9c a01bcf9e881c 39e807f5 02ba 4927 99bb 309ec46e61c8 53d123ca 4d0c 4d18 9600 ac8cb2e44561 9735ac15 217f 4efd afee c17aa1a01c41 4475335b ad49 4da4 89e2 9197b5ced554 a99b3d69 4b48 4315 b087 ece7457eee4b bf75950e aec2 43df 85c2 0044eeadf9fe e10b9b33 b804 42be bf6e b66e208f2afc ef76c638 9867 4bb7 8fb1 d39484cbc782

Paylaş: