Dağıstan Xalq Məclisinin rəhbəri Zaur Askenderov Rusiya Prezidenti Vladimir Putinə fəlakətdən zərər çəkmiş bütün kateqoriyalı vətəndaşlara, o cümlədən evlərinə mülkiyyət hüququ olmayanlara ödənişlərin verilməsi qərarına görə minnətdarlığını bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “İzvestiya” portalı məlumat yayıb. Onun sözləri RİA Novosti agentliyinə istinadən sitat gətirilib.
“Bütün Dağıstan xalqı adından sizə təşəkkür etmək istəyirəm. Evlərinin mülkiyyət sənədləri belə olmayanlar da daxil olmaqla, fəlakət qurbanlarının bütün kateqoriyalarına ödənişlərin verilməsi qərarı vaxtında və çox vacib idi”, – deyə o bildirib.
Askenderov qeyd edib ki, bu qərar çətinlik çəkən vətəndaşlara “problemlərinin həll olunacağına” ümid verib.
Tahir Turan
Globalinfo.az