hhss

Aprelin 29-da Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında “SABAH.city” innovasiya şəhərciyində yerləşəcək ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Globalinfo.az xəbər verir ki, görüşdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Texniki Universitetinin və Bakı Dövlət Universitetinin rektorları, Yüksək Texnologiyalar Parkının rəhbər heyəti, SABAH.HUB İnnovasiya Mərkəzinin baş icraçı direktoru Rəhim Bayramlı, eləcə də adıçəkilən qurum və müəssisələrin nümayəndələri iştirak ediblər.

Görüş zamanı iştirakçılara “SABAH.city” layihəsinin əhəmiyyəti, indiyədək görülmüş işlər, şəhərciyin hazırkı inkişaf mərhələsi və gələcək fəaliyyət istiqamətləri barədə məlumat verilib. Həmçinin innovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yaradılacaq imkanlar diqqətə çatdırılıb.

Tədbirdə “SABAH.city” ilə ali təhsil müəssisələri arasında qısamüddətli və ortamüddətli əməkdaşlıq planı, yeni yaradılacaq laboratoriyaların təyinatı, eləcə də şəhərcikdə gələcək fəaliyyətin təşkili ilə bağlı məsələlər müzakirə olunub.

Sonda iştirakçılar “SABAH.city” innovasiya şəhərciyinin birinci fazası üzrə tikinti ərazisi ilə tanış olublar.

684159310 122235436742111686 1599302118386847684 n
684655290 122235436886111686 1983860214473595603 n
686041811 122235436790111686 631551588754283418 n
686069980 122235436838111686 633819870269097323 n
685826508 122235437030111686 2890229346933148136 n
683222322 122235436982111686 3378787877873185393 n
682554656 122235436934111686 9027373545341108592 n
686186709 122235443696111686 7632228049392419458 n

Paylaş: