whatsapp image 2026 02 17 at 11.37.50

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda yerləşən Memarlıq və İnşaat Universitetinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

    Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, Universitetin həyətində taxta tullantılarının yandığı müəyyən edilib.

    Havanın küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğınsöndürənlərin peşəkarlığı və çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində ali təhsil müəssisəsinin ərazisində taxta materialları 50 kv.m. sahədə, 13 mərtəbəli birinci tədris korpusunun xarici divarının alkopondan ibarət üzlüyü 20 kv.m. sahədə yanıb, binanın birinci mərtəbəsinin 2 ədəd pəncərə çərçivəsi yüksək temperaturdan deformasiyaya uğrayıb.

    Universitetin binası yanğından mühafizə olunub.

    ***15:17

    Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1 saylı tədris binasının həyətində yanğın baş verib”.

    Bunu Globalinfo.az-a açıqlamasında universitetin PR və Media bölməsinin rəhbəri Nicat Abdullayev deyib.

    Onun sözlərinə görə, yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadaları tərəfindən söndürülüb:

    Yanğın zamanı 1 saylı tədris binasında tüstü hiss edilib. Bu səbəbdən korpusdakı bütün tələbələr, müəllimlər, əməkdaşlar təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan yoxdur. Hazırda aidiyyəti qurumlar tərəfindən hadisənin səbəblərinin araşdırılması istiqamətində müvafiq tədbirlər görülür”.

    ***

    Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində yanğın başlayıb.

    Globalinfo.az azxeber.com-a istinadən xəbər verir ki, bu dəqiqələrdə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində yanğın olub.

    Məlumata görə, tələbələr universitetdən təxliyə edilirlər.

    Universitetin mətbuat xidməti Nicat Abdullayev faktı təsdiqləyib.

    “Bəli, universitetin 1 saylı tədris binasının həyətində yanğın baş verib. Hadisə yanğınsöndürənlərin tam nəzarətindədir. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır. Tələbələrdən xəsarət alan yoxdur. Yanğın söndürüləndən sonra hadisənin hansı səbəbdən baş verdiyi araşdırılacaq”.

    Paylaş: