tramp 1 900x506 1

ABŞ Prezidenti Donald Tramp və onun milli təhlükəsizlik komandası İranın təqdim etdiyi razılaşma təklifinə ehtiyatla yanaşır.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumata əsasən, bu təklif Hörmüz boğazı üzərindən nəqliyyatın bərpasını və nüvə proqramı ilə bağlı müzakirələrin təxirə salınmasını nəzərdə tutur.

Bildirilir ki, Tramp İranın bu məsələdə səmimi davranmadığını və əsas tələbləri yerinə yetirməyə hazır olmadığını düşünür. Onun başlıca şərti isə uranın zənginləşdirilməsinin tam dayandırılması və Tehranın nüvə silahı hazırlamayacağına dair öhdəlik götürməsidir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: