2 60 900x605 2

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə səfərbərlik və hərbi vəziyyətin 2 avqust 2026-cı ilə qədər uzadılmasını nəzərdə tutan qanun layihələrini Ali Radaya təqdim edib.

Globalinfo.az xəbər verir ki, bu barədə parlamentin saytında məlumat verilib.

Bildirilib ki, qanun layihələrinə bu həftənin əvvəlində baxıla bilər.

Qeyd edək ki, ötən ilin dekabr ayında Zelenski mümkün atəşkəsdən sonra ölkədə hərbi vəziyyət və səfərbərliyi ləğv etməyəcəyini, bunu yalnız təhlükəsizlik zəmanətləri aldıqdan sonra edəcəyini bildirmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: