“İsrail ordusu Livan ərazisində aktiv və güclü əməliyyatlar aparır”.
Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin iclasında deyib.
“Atəşkəs “Hizbullah” tərəfindən çoxsaylı pozuntular səbəbilə dağılmaq üzrədir. İsrail ordusu yalnız hücumlara cavab vermək üçün deyil, eyni zamanda təcili təhlükələri zərərsizləşdirmək məqsədilə də qətiyyətlə fəaliyyət göstərir”, – deyə o qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az