ABŞ Prezidenti Donald Tramp İranda etirazlar zamanı öldürüldüyü bildirilən 17 yaşlı Erfan Fərəcinin qohumuna şəxsi başsağlığı məktubu göndərib.
Globalinfo.az xəbər verir ki, bu barədə “New York Post” nəşri məlumat yayıb.
Bildirilib ki, Los-Ancelesdə yaşayan İran əsilli amerikalı Məcid Moqəddesi qohumunun qətli ilə bağlı Trampdan məktub alıb.
Moqadasinin sözlərinə görə, Erfan Fərəci yanvarın 8-də İranda keçirilən anti-hökumət nümayişləri zamanı öldürülüb.
“Prezidentin məktubunu alanda çox təsirləndim. Hiss etdim ki, qohumumun səsi nəhayət ki, eşidildi”, – deyə o bildirib.
Tramp məktubunda administrasiyasının İran rəhbərliyini və rejimi məhkəmə qarşısına çıxarmaq üçün səylər göstərdiyini qeyd edib. Həmçinin İran xalqının azadlıq və demokratiya uğrunda mübarizəsinə dəstək verəcəyini vurğulayıb.
Qeyd olunur ki, Moqəddesi hadisədən iki gün sonra Ağ Evə müraciət edib və yanvarın 13-də ona rəsmi cavab göndərilib.
Safura Bənnayeva
Globalinfo.az

