Röya qapıya papaq atan uşağı belə sevindirdi – VİDEO

Röya qapıya papaq atan uşağı belə sevindirdi - VİDEO

Xalq artisti Röya Ayxan növbəti addımı ilə hər kəsi kövrəldib.

Globalinfo.az Olay.az-a istinadən xəbər verir ki, rejissor və aparıcı Ranar Musayevin evində qonaq olan sənətçi maraqlı hadisə yaşayıb.

Çərşənbə münasibətilə qapıya papaq atan uşağı Röya qarşılayıb. O, azyaşlının papağına qoz-fındıq və pul hədiyyəsi qoyub. Həmin anlarda kövrələn R. Ayxan uşaqdan bu hədiyyəni oğlunun adından qəbul etməsini istəyib.