ABŞ Prezidenti Donald Tramp Roma Papası XIV Leonun İrana hücumları qınamasını tənqid edib və onu nüvə silahının əldə olunmasını dəstəkləməkdə günahlandırıb.
Tramp Papanı bəyənmədiyini bildirib və onun Tehranın cinayətlərini normal saydığını söyləyib. ABŞ prezidentinin sözləri birmənalı qarşılanmayıb və Xristian aləmində narzılıq doğurub.
Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, son zamanlar Donald Tramp ilə həm katolik kilsəsi, həm də onun rəhbəri Roma Papası arasında münasibətlər gərginləşib:
“Bunun əsas səbəbi də katoliklərin İrana qarşı aparılan əməliyyatları tənqid etməsidir. Katoliklər ABŞ-ın İsrail təsirində olmasını doğru hesab etmədiklərini deyirlər. Müqəddəs torpaqlarda İsrailin xristian və digər dinlərə aid müqəddəs məbədləri dağıtması ciddi narahatlığa səbəb olub.

Turab Rzayev
Roma Papası hər iki səbəbə görə Trampı tənqid edir. ABŞ prezidenti də buna öz tərzində cavab verir. Ümumiyyətlə, Trampın Papaya təsir imkanları bəlli deyil. Lakin bəlli olan bir fakt var ki, ABŞ-da ən azı 70 milyon katolik yaşayır. Bu, ciddi rəqəmdir və seçkilərdə həlledici rol oynayır. Belə olan təqdirdə bu söz davası Trampa müsbət heç nə vəd etmir”.
Turan Rzayev
Globalinfo.az