Kolumbiyada gizlənqaç oynayarkən dondurucuya girən səkkizyaşlı Saori və beşyaşlı Darien Tiller adlı bacı-qardaş ölüb.
Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu haqda “Metro” yazıb.
İlkin məlumatlara görə, valideynləri qısa müddətlik alış-verişə gedən uşaqlar elektrik enerjisi kəsilmiş dondurucuya girib, daha sonra boğularaq ölüb.
Evə qayıtdıqdan sonra uşaqlarını tapa bilməyən valideynlər axtarışa başlayıb. Onlar uşaqları dondurucunun içərisində huşsuz vəziyyətdə tapıblar.
Uşaqlar xəstəxanaya çatdırılsalar da, həyatlarını xilas etmək mümkün olmayıb.