uid 39e50ee33c3946ebacc00b98e8c119af width 1140 play 0 pos 0 gs 0 height 0

Amerikalı milyarder İlon Maskın atası Errol Mask Rusiyaya səfəri və Prezident Vladimir Putinlə görüşündən danışıb. 

Globalinfo.az xəbər verir ki, Errol Mask Rusiya Federasiyası Ticarət və Sənaye Palatasında biznes ictimaiyyətinin nümayəndələri ilə Moskvada bir araya gəlib. 

Mask özü ilə yanaşı çox sayda nümayəndənin Putinlə görüşdə iştirak etdiyini bildirib:

Rusiya lideri ilə çox qısa – bir neçə saniyəlik görüşüm oldu. Putin mənimlə görüşəndə əlimi sıxdı və “Rusiyaya xoş gəlmisiniz” dedi. Onunla ümumi görüş bir saatdan çox davam etdi”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: