aleksey overcuk yeni

Azərbaycan və Gürcüstan ərazisi vasitəsilə dəmir yolu ilə Rusiya və Qazaxıstan yüklərinin Ermənistana daşınması artır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

O bildirib ki, bu marşrut iqtisadi cəhətdən səmərəlidir:

Rusiya və Qazaxıstan yüklərinin AzərbaycanGürcüstan ərazisindən Ermənistana daşınması ilə bağlı razılaşmalar sözün əsl mənasında bir neçə gün ərzində əldə edilib. 30 ildə ilk dəfə Ermənistana dəmir yolu ilə gələn ilk taxıl yükü Rusiyanın idi.

İndi gübrələrin göndərilməsinə başlanılır və malların çeşidi genişlənir. Bu, hamı üçün faydalıdır. Rusiyaya da, Azərbaycana da, Ermənistana da, Gürcüstana da. Hamının yeni gəlir mənbəyi var və Rusiyanın bununla birbaşa əlaqəsi mövcuddur”.

Overçuk həmçinin, Azərbaycan və Gürcüstana layihədə iştiraka və nəqliyyat marşrutlarının açılmasında əməkdaşlığa görə təşəkkürünü bildirib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: