ABŞ Federal Təhqiqat Bürosu (FTB) ufoloqların yadplanetli olduğunu iddia etdiyi nəhəng, sirli məxluqun fotoşəkli haqda məlumat yayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “What’s The Jam” nəşri yazıb.
Bildirilib ki, foto 2011-ci ildə Tayvanın Cia Minq gölünün sahilində Çen Yonq Qianq tərəfindən çəkilib.
Tayvanın Uçan Naməlum Obyekt cəmiyyəti fotonu araşdırıb və orijinal olduğu qənaətinə gəlib.
Orijinal fayl bu yaxınlarda FTB müstəntiqlərinə göndərilib. Onlar da fotoda heç bir redaktə və ya manipulyasiya əlamətlərinin olmadığını təsdiqləyiblər.
Bir qisim isə “yadplanetli”nin görüntüsünün kameradakı nasasızlıq səbəbindən yarandığını düşünür. Buna baxmayaraq, FTB fotonun gerçək olduğunu açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az