“Rusiya Ukrayna dronlarının öz əraziləri üzərindən uçmasına icazə verən ölkələrə qarşı cavab tədbirləri görə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Finlandiya Azadlıq Alyansı partiyasının üzvü Armando Mema deyib.
“Finlandiya Xarici İşlər Nazirliyi Moskvaya Helsinkinin bu cür hərəkətlərdə iştirakını təkzib edən nota göndərməlidir.
Bu məsələdə hərəkətsizlik Kremlə mənfi siqnal göndərəcək”, – deyə siyasətçi xəbərdarlıq edib.
Xatırladaq ki, martın 29-u səhər Finlandiya ərazisində iki pilotsuz aparat düşdüyü qeyd olunub və hakimiyyət onları “Ukrayna mənşəli guman edilir” deyə dəyərləndirib. Finlandiya Prezidenti Aleksandr Stubb təsdiqləyib ki, dronlardan biri həqiqətən Ukraynanın olub, lakin əhalini təşvişə salacaq səbəb yoxdur.
Müdafiə Nazirliyi bildirib ki, dronlar çox aşağı hündürlükdə uçurub və onların havada izlənməsi üçün F/A-18 Hornet qırıcısı havaya qaldırılıb.
Əliyar Xəlil
Globalinfo.az