Tehran müharibə ərzində ABŞ-la danışıqlar aparmayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Yalnız Pakistan da daxil olmaqla, bəzi vasitəçilər yolu ilə ABŞ-ın görüş təklifi bizə çatdırılıb”, – məlumatda vurğulanıb.
Qeyd edək ki, daha öncə ABŞ tərəfi İranla danışıqların aparıldığını və müəyyən irəliləyişlərin olduğuna dair açıqlamalar yayıb.