Rusiya hərbi qüvvələri Zaporojye vilayətinin Luqovskoye və Novoosinovo kəndlərini ələ keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumat yayıb.
“Döyüşlər zamanı Dnepropetrovsk və Zaporojye vilayətlərinin bir neçə rayonunda hücum briqadasının, üç hava-desant briqadasının, Ukrayna Silahlı Qüvvələrinin beş hücum alayının və ərazi müdafiə briqadasının bölmələri məğlub edilib. Kiyev 275-dən çox hərbçisini, həmçinin iki zirehli döyüş maşını, yeddi avtomobili, bir artilleriya qurğusu və bir təchizat anbarını itirib”, – deyə bildirilib.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələri 190-a qədər hərbçisini, iki zirehli döyüş maşınını, 24 nəqliyyat vasitəsini, üç artilleriya qurğusunu və əks-batareya radar stansiyasını itirib.
Həmçinin sursat anbarı da məhv edilib.
Əliyar Xəlil
Globalinfo.az