Dubay 142

Birləşmiş Ərəb Əmirlikləri İran vətəndaşlarına verilən bütün növ yaşayış icazələrini və investorlar üçün “qızıl vizalar”ı ləğv edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Far news” məlumat yayıb.

Qeyd olunur ki, bu, İranın BƏƏ-dəki milyardlarla dollar dəyərində aktivlərinin dondurulmasına səbəb olub.

Vurğulanır ki, bu qərar ABŞ və İsrailin İrana qarşı əməliyyatlarının başlamasından sonra İranın BƏƏ-dəki hədəflərə endirdiyi zərbələrdən sonra verilib.

Xatırladaq ki, BƏƏ hakimiyyəti tərəfindən hələlik rəsmi təsdiq verilməyib.

Paylaş: