1750252633 abs ordusu 5 640x403 1

ABŞ-ın dəniz piyadalarından ibarət ekspedisiya korpusu Yaxın Şərqə göndərilib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Məlumata görə, Sakit okean regionundan “USS Tripoli” desant gəmisi və təxminən 3500 dəniz piyadası bölgəyə yerləşdirilib. Yaponiyada bazalaşan gəminin göyərtəsində həmçinin qırıcı təyyarələr və desant vasitələri də mövcuddur.

Bundan əlavə, daha bir ekspedisiya qüvvəsinin, təxminən 2200 dəniz piyadası və üç hərbi gəmidən ibarət kontingentin də Yaxın Şərqə doğru hərəkət etdiyi bildirilir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: