69c6eb5bb7ff069c6eb5bb7ff1177464405969c6eb5bb7fee69c6eb5bb7fef

Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Abbas Əraqçi arasında telefon danışığı olub.

Globalinfo.az xəbər verir ki, tərəflər Yaxın Şərqdəki münaqişənin siyasi və diplomatik yollarla həlli perspektivlərini müzakirə ediblər.

Nazirlər qeyd ediblər ki, həll prosesi beynəlxalq hüquqa əsaslanmalı və region ölkələrinin, o cümlədən Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlərin qanuni maraqlarını nəzərə almalıdır.

Lavrov həmçinin iranlı həmkarına İrana yeni humanitar yardım göndərilməsi barədə məlumat verib.

Paylaş: