İsrail Baş naziri Benyamin Netanyahu ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında danışıq hələlik texniki səbəblərə görə baş tutmayıb.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu İsrailin Ukraynadakı səfiri Mixail Brodski deyib.
“Ümid edirəm ki, bu, yaxın günlərdə baş tutacaq. Dəqiq mövzunu bilmirəm. Danışıqlar üçün İsrail tərəfindən müraciət edilib. Düşünürəm ki, əsas məsələ Yaxın Şərqdəki və İrandakı vəziyyəti müzakirə etməkdir”, – səfir bildirib.
Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahunun Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparmaq üçün müraciət göndərdiyi barədə məlumat yayılmışdı.