Screenshot 2026 03 23 210932 1

Hörmüz boğazının tamamilə bağlanması məsələsi ABŞ-ın gələcək qərarlarının aydın olmaması səbəbindən hələ ki açıq qalır. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Al Jazeera” yüksək rütbəli İran rəsmisinə istinadla məlumat yayıb.

“Hörmüz boğazının bağlanması məsələsi hələ ki açıq qalır, çünki ABŞ tərəfindən istənilən an gözlənilməz hərəkət mümkündür. Vaşinqton Tehranın iki əsas şərtini – təzminat ödəmək və İrana qarşı aqressiyaya görə üzr istəmək – qəbul etmək istəmir”, – mənbə bildirib.

Bununla yanaşı, İran hakimiyyət nümayəndəsi təsdiq edib ki, Tehran və Vaşinqton Misir və Türkiyə üzərindən gərginliyin azaldılması üçün fikir mübadiləsi aparıb.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: