rusiya ukrayna 1739769525 full

Yaxın Şərqdəki münaqişə səbəbindən Ukrayna Rusiya ilə bağlı hərbi strategiyasını dəyişə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Strana.ua” məlumat yayıb.

“Avropanın Rusiya ilə münasibətləri normallaşdırmağa çalışması mümkündür. Bununla da, onlar Kiyevi hərbi strategiyasını yenidən nəzərdən keçirməyə məcbur edə bilər”, – deyə bildirilib.

Qeyd olunur ki, Ukraynadakı müharibənin daha da uzanması hakimiyyətin danışıqlar mövqeyinə mənfi təsir edəcək.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: