lavrov 1 900x600 2

Rusiya ABŞ tərəfindən öz maraqlarının nəzərə alınmadığını düşünür.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli televiziya kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Vaşinqton Moskvanı qlobal enerji bazarlarından mərhələli şəkildə kənarlaşdırmağa çalışır:

“Bizi bütün dünya enerji bazarlarından sıxışdırırlar. Sonda yalnız öz ərazimiz qalacaq”, – deyə Lavrov vurğulayıb.

Nazir qeyd edib ki, Rusiya ABŞ-la qarşılıqlı faydalı əməkdaşlığa açıqdır. Lakin bu əməkdaşlıq yalnız Rusiyanın maraqları nəzərə alındığı halda mümkün ola bilər:

“Əgər biz öz ərazimizdə qarşılıqlı faydalı layihələr həyata keçirməyə hazırıqsa və amerikalılara onları maraqlandıran imkanları təqdim ediriksə, o zaman bizim də istəklərimizə hörmət edilməlidir”, – o deyib.

Lavrov həmçinin bildirib ki, ABŞ Avropanın enerji bazarında Rusiyanın mövqelərinin zəiflədilməsini dəstəkləyir. Onun fikrincə, bu yanaşma Vaşinqtonun qlobal enerji üstünlüyü əldə etmək cəhdinin göstəricisidir.

Rusiya tərəfi hesab edir ki, mövcud siyasət beynəlxalq enerji balansına və tərəfdaşlıq münasibətlərinə mənfi təsir göstərə bilər.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: