İranın Ali Lideri bəyan edib ki, ABŞ və İsraillə davam edən qarşıdurma, qarşı tərəflər öz səhvlərini anlayana qədər davam edəcək.
Globalinfo.az xəbər verir ki, o, bu barədə 21 martda qeyd olunacaq bayram münasibətilə etdiyi çıxışda bildirib
İranın Ali Lideri Müctəba Xamenei Vaşinqton və Təl-Əvivin İran dövlətçiliyinin zəifləyəcəyinə dair gözləntilərini “strateji səhv” adlandırıb.
O qeyd edib ki, son bir ildə İran xarici qüvvələrin ölkədə sabitliyi pozmaq üçün üç “tammiqyaslı cəhdinə” uğurla müqavimət göstərib.
Xamenei çıxışında 2025-ci ilin iyununda baş verən münaqişəni, 2026-cı ilin yanvar ayındakı etirazları və hazırda davam edən gərginliyi xüsusi vurğulayıb.
Ali Liderin sözlərinə görə, İranın düşmənləri vəziyyəti yanlış qiymətləndiriblər:
“Düşmən açıq-aşkar səhv etdi və hesabladı ki, xalq bir-iki gün ərzində İslam nizamını devirmək istəyəcək.”
Xamenei xüsusilə 2026-cı ilin əvvəlində baş verən kütləvi etirazları və tərəfindən təşkil olunmuş çevriliş cəhdi kimi qiymətləndirib. O bildirib ki, xarici qüvvələr İranın iqtisadi çətinliklərindən istifadə edərək əhalinin dəstəyini qazanmağa çalışsa da, bu planlar uğursuz olub.
Tahir Turan