
İsrail rəsmiləri İranın nüfuzlu siyasi fiqurlarından Əli Laricaninin öldürülməsi ilə bağlı yeni detalları açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail rəsmiləri “İsrael Live” portalına danışıb.
Onların sözlərinə görə, əməliyyatın uğurla həyata keçirilməsi son 24 saat ərzində Tehranda yaşayan sakinlərdən əldə edilən dəyərli kəşfiyyat məlumatları sayəsində mümkün olub.
Bildirilir ki, toplanan məlumatlar hədəfin yerinin dəqiqləşdirilməsində mühüm rol oynayıb.
60-dan çox miqrant faciəvi şəkildə öldü
İsrail tərəfi iddia edir ki, Laricani son günlər davranışları ilə diqqət çəkib. O, tez-tez ictimaiyyət qarşısında çıxış edib, o cümlədən Qüds Günü tədbirlərində iştirak edib, yerli və beynəlxalq mediaya müsahibələr verib.
Rəsmilərin sözlərinə görə, bu aktivlik onun yerinin müəyyən edilməsini asanlaşdırıb və nəticədə əməliyyatın icrasına şərait yaradıb.
Açıqlamada həmçinin qeyd olunur ki, İsrail kəşfiyyat orqanlarına Tehrandan məlumat axını davam edir. Xüsusilə SEPAH və “Bəsic” qüvvələrinin nəzarət məntəqələrinin yerləşdiyi ərazilərlə bağlı dəqiq informasiyaların əldə edildiyi vurğulanır.
Tahir Turan
Globalinfo.az