Martın 3-də Yeni Dehlidə “Raysin dialoqu” 8-ci beynəlxalq konfransı çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, nazirlər ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər. Ümumi inteqrasiya birlikləri çərçivəsində beynəlxalq platformalarda əməkdaşlığın təşviqinə yanaşmalar yoxlanılıb. Regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli sazişlərə uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün istiqamətləri üzrə səylərin gücləndirilməsinin aktuallığı qeyd edilib. Danışıqlar dostluq və etimad mühitində keçib. Gələcək diplomatik təmaslar barədə razılıq əldə olunub.
***10:40
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 sammiti çərçivəsində ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova teleqramda yazıb.
O bildirib ki, nazirlər Moskva və İrəvan arasında danışıqların istiqamətini müəyyənləşdiriblər.
XİN rəsmisi bu istiqamətlərin nədən ibarət olduğunu açıqlamayıb.
Xatırladaq ki, S.Lavrov bir qədər əvvəl Bakıya səfərə gəlmişdi.