“İrandan buraxılan və ölkənin hava məkanına daxil olmuş ballistik raket Şərqi Aralıq dənizində NATO-nun hava və raket müdafiə sistemləri tərəfindən məhv edilib”.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Sursatın bəzi qalıqları Qaziantep şəhərində boş ərazilərə düşüb. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
Türkiyə yaxşı qonşuluq münasibətlərinə və regional sabitliyə böyük əhəmiyyət verir. Bununla belə, ölkənin ərazisinə və hava məkanına yönələn hər hansı təhdidə qarşı bütün zəruri addımların qətiyyətlə və tərəddüdsüz atılacağı bir daha vurğulanır.
Qeyd olunur ki, Türkiyənin bu istiqamətdə etdiyi xəbərdarlıqlara riayət olunması hər kəsin maraqlarına uyğundur.
Safura Bənnayeva
Globalinfo.az