
Ermənistan Baş naziri Nikol Paşinyan İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana, İranın rəhbərliyi və vətəndaşları arasında baş verən itkilərlə bağlı başsağlığı teleqramı göndərib.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
“Hörmətli Cənab Prezident,
İran ətrafında baş verən hadisələri böyük narahatlıqla izləyirik. İran İslam Respublikasının rəhbərliyi və vətəndaşları arasında baş vermiş itkilər ilə əlaqədar başsağlığımı qəbul edin. İslam Ali lideri Ayətullah Xameneinin Ermənistan-İran münasibətlərinin inkişafında oynadığı şəxsi rolu daim xatırlayacağıq.
Bu çətin dövrdə, ümid edirik ki, Yaxın Şərqdə sülh və sabitlik tezliklə bərpa olunacaq.
Fürsətdən istifadə edərək, sizə səbir, dost və qonşu İran xalqına isə sülh və dözüm arzulayıram”.
Safura Bənnayeva
Globalinfo.az