“ABŞ İrana qarşı hərbi əməliyyatlar bitənə qədər çox əsgər itirəcək”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” səhifəsində yazıb.
Ağ Ev rəhbəri söz verib ki, ABŞ bunun baş verməməsi üçün əlindən gələni edəcək:
“Lakin biz itkilərin qisasını alacağıq. Vaşinqton mahiyyət etibarilə sivilizasiyaya qarşı müharibə aparan terrorçulara sarsıdıcı zərbə endirəcək”.
Qeyd edək ki, İranla hərbi əməliyyatlar zamanı üç amerikalı hərbçi öldürülüb, daha beşi isə yaralanıb.
Xatırladaq ki, fevralın 28-də ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb.
Əliyar Xəlil
Globalinfo.az