“Əli Xameneinin ölümü İran tarixində dönüş nöqtəsi olub”.
Globalinfo.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Kaja Kallas deyib.
“Bundan sonra nə baş verəcəyi hələ də bəlli deyil. Lakin indi fərqli bir İrana gedən yol açıqdır, bu yolda xalqı daha çox formalaşdırmaq azadlığına malik ola bilər. Mən gərginliyin azaldılması üçün praktik addımlar tapmaq məqsədilə İranın hərbi əməliyyatlarından ən çox təsirlənən bölgədəki tərəfdaşlarla əlaqə saxlayıram”, – deyə o bildirib.
Qeyd edək ki, fevralın 28-i səhəri ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb.
İslam Respublikasının paytaxtı da daxil olmaqla, çoxsaylı şəhərlərinə hücum edilib. Bir zərbə Ali Lider Əli Xameneinin iqamətgahına dəyib, o, sağ qalmayıb. Cavab olaraq İran İsrailə və Yaxın Şərqdəki Amerika hava bazalarına raket və pilotsuz təyyarələrlə hücum edib.
Əliyar Xəlil
Globalinfo.az