Ayətullah Əlirza Ərafi İranın Ali Lideri vəzifəsini müvəqqəti icraçı təyin olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə “İSNA” məlumat yayıb.
“Əli Xameneinin varisi seçilənədək Ali Liderin səlahiyyətlərini icra edəcək Müvəqqəti Rəhbərlik Şurasının daha bir üzvü müəyyənləşib. Ekspertlər Şurasının iclasında ayətullah Əli Rza Arafi edəcək Müvəqqəti Rəhbərlik Şurasının üzvü seçilib”, – deyə bildirilib.
Qeyd edək ki, Əlirza Ərafi Yəzd vilayətinin Maybod şəhərində doğulub. Onun atası Məhəmməd İbrahim Ərafi din xadimlərindən biri və Seyid Ruhullah Xomeyninin yaxın dostu olub.
İran İnqilabından illər əvvəl o, İranda cümə namazı qılır və silahla moizə oxuyurdu. Onun tərcümeyi-halı haqqında bir neçə kitab yazılıb. Əlirza Ərafinin anası da Kazem Malek Əfzəli Ərdəkaninin övladlarından olub.
Ayətullah Ərafi 07.10.2020 tarixində Ermənistan–Azərbaycan arasında Qarabağ münaqişəsi ilə əlaqədar xüsusi bəyanat yayıb. Bəyanatda Qarabağın Azərbaycana aid olduğu və İslam aləminin Azərbaycanı dəstəkləməli olduğu bildirilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan dünyaya görkəmli elm, mədəniyyət və din xadimləri bəxş edib. Bütün beynəlxalq sənədlərdə Qarabağ Azərbaycanın ayrılmaz ərazisi kimi tanınır.
Günel Cəlil
Globalinfo.az