raket iran

İran raketlərinin növbəti dalğası İsrail ərazisinə buraxılıb.

***12:28

İranın İsrailə qarşı raket əməliyyatının adı “Xeybərin fəthi”dir.

Globalinfo.az xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

***12:15

İran İsrailə raket zərbələri endirib.

Globalinfo.az xəbər verir ki, ilk hücumda İsrailə 30 raketin atıldığı bildirilir.

SEPAH-ın hücumları davam etdirəcəyi deyilir.

İsrail Müdafiə Qüvvələri İrandan İsrail ərazisinə raketlər atıldığını təsbit edib. Müdafiə sistemləri təhlükəni aradan qaldırmaq üçün çalışır. Ötən bir neçə dəqiqə ərzində müvafiq ərazilərdə mobil telefonlara ehtiyat tədbirləri ilə bağlı təlimat göndərilib. İctimaiyyətdən xahiş olunur ki, təlimatlara əməl etsinlər”, – İsrail ordusunun açıqlamasında deyilir.

    Paylaş: