WhatsApp Image 2026 02 23 at 12.56.23 2

Türkiyənin Sakarya vilayətində 16 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.

Bildirilir ki, qəza nəticəsində 13 nəfər xəsarət alıb, onlardan 4-ü ağır vəziyyətdədir:

“Qəzaya düşən nəqliyyat vasitələri arasında sərnişin avtobusu, yük maşını (TIR), mikroavtobus və şəxsi avtomobillər olub.

Hadisə yerinə polis, xilasedicilər və təcili tibbi yardım ekipajları göndərilib.

Qəza səbəbindən yolda avtomobil sıxlığı yaranıb, lakin bir müddət sonra bağlanmış magistral yolun hərəkəti bərpa olunub”.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: