xamenei 900x516 2

İranın ali rəhbəri Əli Xamenei ABŞ və ya İsrailin mümkün hücumu zamanı öldürülməsi halında necə hərəkət edilməli olduqlarına dair yüksək səviyyəli köməkçilərinə göstərişlər verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.

Bildirilir ki, bu təlimatlar fövqəladə vəziyyətlərdə tətbiq olunacaq səlahiyyət bölgüsü və komanda zəncirini əhatə edir.

Həmçinin iddia edilir ki, Xameneinin öldürülməsi halında onun yerinə sadiq köməkçisi, ölkənin Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani keçəcək.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: